2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“İlhamə dedi ki, sil şəkilləri, səni “poroşok”a çevirirərəm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehriban Hüseynovanın rəfiqəsi Kəmalə Rüstəmova ifadə verib.
K.Rüstəmovanın sözlərinə görə, “üzr videosu” yayılmamışdan öncə İlhamə Quliyeva ona zəng edərək Mehriban Hüseynovanın ona xəyanət etdiyini deyib: “Əslində küçə qadınına aid söyüşlərlə dedi, amma mən onu burda deyə bilmirəm. Məni öz evinə dəvət etdi, orada Ülvi Qılınc, Faiq Ələkbərli, Vüqar, Orxan var idi. Səs yazılarını qoşdular qulaq asdıq. Orada Mehribanın danışıqları var idi, saxta vəsiyyətnamə hazırlanması barədə Vüqarla danışırdılar. Vüqara deyirdi ki, sənin bütün işlərinin üstünü açacağam. Vüqar da ona dedi ki, sənədləri gətir filan. Sonra mən Mehribanı ora çağırdım. Səs yazılarında mənim barəmdə də pis sözlər demişdi. Ona görə Mehriban içəri girən kimi ona bir sillə vurdum. İlhamə xanım tapşırdı ki, Mehribanın çantasını, pulunu, telefonunu götürün.
Sonra dedi ki, Mehribanın telefonundan deputatların, nazirlərin, bütün vəzifəli şəxslərin nömrələrini silin, yola salın. Bu zaman Vüqar (İlhamənin oğlu) Mehribanı o biri otağa apardı, orada dindirirdi. Vüqar Mehribandan bütün əməllərini etiraf edib-etmədiyini soruşdu, o da təsdiqlədi. Sonra Mehriban kövrəldi, üzr istədi. Bunu da Faiq Ələkbərli kameraya çəkdi. İlhamə dedi ki, Mehriban da mənim kimi sonsuzdu. Onu bağışlayıram, qoy Nazpərinin, Brilliyantın, Floranın, Elzanın yanında biabır olmayım”.
K.Rüstəmova bildirib ki, Quliyeva onu da təhqir edib: “Görüşdən əvvəl mənə zəng edib dedi ki, telefonunda mənə aid şəkilləri sil, yoxsa səni “poroşok”a çevirirərəm. Onu da Faiq eləmişdi, qorxurdu ki, şəkillər yayılar”.
Şahid qeyd edib ki, İ.Quliyeva əvvəl M.Hüseynovaya baş etibarnamə verib, bu hadisələr ərəfəsində ləğv etdirib: “İlhamə xanımın Mehribanı həbs etdirmək niyyəti yox idi, olsaydı onu bağışlayıb üzüyünü verməzdi”.
K.Rüstəmova həmin hadisədən öncə baş verənləri danışıb: “Mənə zəng edib Mehribanın saxta sənəd düzəltdiyini deyəndən sonra Mehribana zəng etdim. Dedim nə məsələdi, cavab verdi ki, məni zibilə salıblar. Mən Mehribanın sui-qəsd hazırladığına inanmıram. Çünki İlhamə xanımın ayağı bərbad haldaydı, Mehriban onun sarğısını açıq-bağlayanda ağlayırdı”.
Sonda K.Rüstəmova hadisələr zamanı adı hallanan Amil və iş adamı Arif Mehdiyev haqda danışıb: “Amili Mehribanın yanında görmüşəm, əvvəl dedi xaricə gedib-gəlir, sonra dedi MTN-də işləyib. Amillə bir dəfə Elmlərdə oturub çay içib söhbət etmişik, başqa heç bir şey olmayıb”.
Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.(Qafqazinfo)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button